عراقین کرکوک شهرینده رسمي بينالارا تورکجه تابلو آسیلدي
اؤیرنجی: کرکوکده کوردجه و عربجه دن سونرا تورکمنجه نين ده رسمي ديل اولاراق قبول ائديلمه سييله علاقه دار تشکيل ائديلن مراسيم، شهرين باريش ايچينده اورتاق رهبرلييه دوغرو کئچيشينه گوج وئردي. کرکوک والیلیگی ايله ائل مجليسينه تورکمن طرفيندن تابلولار آسيلماسي، تورکمنجه نين رسمي اولاراق تطبیق اولونماغا باشلاماسي نين ايلک آدديمي اولدو. بئله ليکله تورکمن وطنداشلار اوزون ايللر سونرا آنا ديللريني رسمي ستاتويه داشيميش اولدولار.
ادامه مطلب
Kərkükdə Türk dili rəsmi dil oldu
Bu qərarla Türk dili Osmanlı İmperiyasının süqutundan sonra ilk dəfə olaraq İraq ərazisində rəsmi dil kimi təsdiq olunub.Kərkük Ümumi Məclisi Türk dilini bölgə rəhbərliyinin rəsmi dilləri arasına qəbul edib. Məclisin Türkmən millət vəkillərinin təzyiqi nəticəsində Türk dili “Latın əlifbası” ilə qəbul edilib. Kərkükdə çıxarılan bu qərarla Türk dili Osmanlı İmperiyasının süqutundan sonra ilk dəfə, İraq ərazisində rəsmi dil olaraq təsdiq olunub. Dekabrin 23-də Kərkükdə keçiriləcək mərasimlə Türk dilində yazılmış “Kərkük Valiliyi” yazısı Kərkük İcra Hakimiyyətinin binasına asılacaq. Siyasi analitiklər Kərkük Məclisinin atdığı bu addımı neft qaynaqları səbəbindən strateji ərazi kimi qiymətləndirilən Kərkükün siyasi gələcəyində türkmənlərin ərəb və kürdlərlə bərabər haqqlara sahib olacağı şəklində şərh edirlər.
ادامه مطلب

