تبليغاتX
اورمو اؤیرنجی سی - Türkiyəli rejissor Xocalı faciəsi ilə bağlı film çəkəcək

Türkiyəli rejissor Xocalı faciəsi ilə bağlı film çəkəcək

Türkiyəli rejissor Korhan Yurtsever Xocalı faciəsi ilə bağlı 120 dəqiqəlik film çəkəcək ANS PRESS-ə istinadən yaydığı məlumata görə, Korhan Yurtseverin ssenari müəllifi olduğu filmin əsas çəkilişləri Türkiyədə aparılacaq. Türkiyəli rejissor Xocalı soyqırımı ilə bağlı film çəkmək qərarına  ermənilər tərəfindən səkkiz aylıq hamilə qadının ağaca bağlanaraq, qarnının yarıldığı səhnəsini izləyəndən sonra gəlib. Rejissorun fikrincə, belə bir film Xocalı faciəsinin dəhşətlərini dünyaya çatdırmaq üçün gərəklidir. Filmdə rolları Türkiyə və Azərbaycan aktyorları ifa edəcək. Çəkilişlər hər iki ölkədə aparılacaq. Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı dəstələri Xankəndidə yerləşdirilmiş Rusiyaya aid 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin dəstəyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edib. Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağırzirehli texnikadan şiddətli atəşə tutulmağa başlayıb. Nəticədə, şəhərdə yanğınlar baş verib və fevralın 26-sı səhər saat 5 radələrində şəhər tam alova bürünüb. Belə bir vəziyyətdə, erməni əhatəsində olan şəhərdə qalan, təqribən, 2500 nəfər əhali yaxınlıqda, azərbaycanlılar məskunlaşan Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur olublar. Ancaq bu niyyət baş tutmayıb. Ermənilərin törətdikləri vəhşiliklər nəticəsində 613 nəfər ödürülüb, onlardan 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70-i qocadır. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. 487 nəfər uaralanıb, onlardan 76-sı uşaq olub. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, 150 nəfər itkin düşüb. Bununla da Xocalıda XX əsrin ən böyük faciələrindən biri baş verib. Əsas tərkibi milliyyətcə erməni olan həmin alay yerli əhalini amansızcasına qətlə yetirib, qadınları və az yaşlı uşaqları öldürüb. Bu faktlar mərhum telereportyor Çingiz Mustafayevin çəkdiyi lentlərlə, sənəd və fotoşəkillərlə bir daha sübut olunub.

نوشته شده توسط اورمو اؤیرنجی سی در دوشنبه چهاردهم بهمن 1387 ساعت 16:9 | لینک ثابت |